"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürdü

"Milan" "Çelsi"nin yarımmüdafiəçisi Temue Bakayokonu icarəyə götürüb.

 

Newsport.az-ın məlumatına görə, London klubu fransalı yarımmüdafiəçini "qırmızı-qaralar"a satın alma şərti ilə bir illik icarəyə verib. Milan təmsilçisi 26 yaşlı futbolçunu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.

 

Bakayoko 2018/19 mövsümünü icarə əsasında "Milan"da keçirmişdi. O, ötən mövsüm "Monako"nun formasını geyinib.

 

"Çelsi" Bakayokonu 2017-ci ildə "Monako"dan 45 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right