Rauf Cabbarov Avroliqa oyununa təyinat aldı

Azərbaycanlı hakim Rauf Cabbarov Avropa Liqası oyununa təyinat alıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisinin başçılıq etdiyi hakimlər briqadası 1-ci təsnifat mərhələsində keçiriləcək "Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) oyununu idarə edəcək.

Ona yan xətdə Namik Hüseynov və Elşad Abdullayev kömək edəcək. Matçın 4-cü hakimi vəzifəsini Kamal Umudlu daşıyacaq.

Qeyd edək ki, görüş avqustun 27-də Çimkəntdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right