"Qarabağ" - "Sileks" matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks"  matçının hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, qarşılaşma ukraynalı ədalət təmsilçilərinə tapşırılıb. Görüşün baş hakimi Yaroslav Kozık köməkçiləri isə Viktor Nijnik və Vladimir Korotin olacaqlar.

Dördüncü hakim funksiyasını Anatoli Abdulla yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right