Onunla qələbə qazanmamışıq “Qarabağ”ın oyununa təyinat alan hakim

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” – “Sileks” oyununa təyinat alan Yaroslav Kozık Azərbaycan komandaları üçün tanış simadır.

Newsport.az saytının məlumatına görə, ukraynalı referi 3-cü dəfə ölkəmizə səfər edəcək.

Kozık ölkəmizdə ilk dəfə 2015/16 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “İnter”in (indiki “Keşlə”) “Hafnarfyordur”la görüşündə iş başında olub. 2:2 hesabı ilə nəticələnən görüşdə ukraynalı bakılılara 2 sarı vərəqə göstəribsə, İslandiya təmsilçisini 5 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırıb.

40 yaşlı referi 2016/17 mövsümündə bu dəfə “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində “Balzan”la matçında fit çalıb. Həmin qarşılaşmada isə Malta klubu 2:1 hesablı qələbəyə sevinib. “Neftçi”yə 3, “Balzan”a isə 7 sarı vərəqə göstərən Kozık qonaqların təmsilçimizin qapısına penalti də təyin edib.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right