"Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik edilib.
Newsport.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Qəbələ"nin futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis "qırmızı-qaralar"a məşqçi təyin olunub.
Qeyd edək ki, X.Məmmədov 2012-ci ildən "Qəbələ"nin futbol akademiyasında işləyir. Onun baş məşqçiliyi altında 16 yaşlılardan ibarət komanda cari mövsümdə çempion adını qazanıb.
Xatıradaq ki, dünən "Qəbələ" məşqçisi Azər Bağırovla yolları ayırdığını açıqlayıb.