Darionun transferi açıqlandı

"Neftçi"dən ayrılan Dario Frederikonun yeni klubu müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, braziliyalı vinger karyerasını Latviyada davam etdirəcək. O, Çempionlar Liqasında mübarizə aparacaq "Riqa" ilə müqavilə imzalayıb. Paytaxt təmsilçisi 28 yaşlı futbolçu ilə imzalanan sözləşmənin detalları barədə məlumat yaymayıb.

 

Dario ötən mövsüm "Neftçi"də 25 oyunda 4 qol vurub, 4 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right