Gürcüstanlı futbolçu fikrini dəyişərək "Qəbələ"də qaldı

Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" komandasında iki legioner futbolçunun taleyinə aydınlıq gəlib. 
 
Bu barədə əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib. Baxşıyev bildirib ki, yarımmüdafiəçilərdən çilili Rodriqo Qattas və gürcüstanlı Merab Giqauri növbəti mövsümdə də komandada qalacaqlar. Onlar hazırda komanda ilə birlikdədir. 
 
Qeyd edək ki, hər iki futbolçunun daha öncə komandadan ayrılacağı gözlənilirdi. Merab Giqaurinin müqaviləsi başa çatmışdı. Rodriqo Qattasın sözləşməsi bitsə də əyalət təmsilçisi anlaşmanı yeniləmək hüququna malik idi. (report)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right