"Neftçi"də braziliyalı futbolçu

"Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib.

Newsport.az-ın məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək.

"Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right