"Qarabağ"ın legioneri qayıtdı, qardaşı yox

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olan "Qarabağ" klubunun futbolçusu Xayme Romero İspaniyadan Azərbaycana qayıdıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Bakıdan komandanın hazırlıq keçdiyi Qəbələyə yollanıb. Onun qardaşı Daniel Romero isə vətənində qalıb. Onun durumu qeyri-müəyyəndir və klubdakı taleyinə yaxın zamanlarda aydınlıq gələcək.

Qeyd edək ki, Daniel Romero ötən mövsüm "Qarabağ"ın əvəzedici komandasında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right