"Zirə"dən "Qarabağ"a qayıtdı

Ötən mövsümü "Zirə"də keçirən Rafael Məhərrəmli komandadan ayrılıb.

 

Newsport.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıdıb. Azərbaycanın U-21 yığmasının üzvü "Instagram" hesabında "Zirə"yə təşəkkür mesajı yollayıb.

 

Rafael ötən mövsüm Premyer Liqada 9 oyun keçirib. "Qartallar" gənc futbolçunu 1 illik icarəyə götürmüşdü.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right