"Sumqayıt"dan iki transfer

"Sumqayıt" heyətinə iki futbolçu cəlb edib. Newsport.az-ın məlumatına görə, ötən mövsümün qış fasiləsində "Zirə"dən ayrıldıqdan sonra klubsuz qalan Elvin Məmmədov "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Məmmədov daha öncə 2018/19 mövsümündə "Sumqayıt"da çıxış etmişdi. "Kimyaçılar" digər anlaşdığı futbolçu isə "Səbail"dən ayrılan Vüqar Bəybalayevdir. 26 yaşlı futbolçu ilə ilə 1 illik razılıq əldə edilib. Bəybalayev daha əvvəl 2017/18 mövsümündə "Sumqayıt"da oynamışdı.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right