"Neftçi"nin hücumçusu Baqali Dabonun həyat yoldaşı Tuğba Dabo "Instagram"ında futbolçunun "Qarabağ" forması ilə videosunu paylaşıb.
Newsport.az-ın məlumatına görə, türkiyəli xanım 31 yaşlı hücumçu barədə "Bu forma ilə həqiqətən də yaxşıdır" sözlərini yazıb.
Onun bu paylaşımını "ağ-qaralar"ın azarkeşləri xoş qarşılamayıb.
"Neftçi"dən ayrılacağı gözlənilən fransalı futbolçunun Kiprin "Apollon" klubu ilə anlaşdığı iddia edilir.
