Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında çıxış edəcək

Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Milli Futbol Liqasında mövsümün ləğv edilməsinə qərar verilib.

Qurum 27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən "Rotor" və "Ximki" klublarının Premyer Liqaya yüksəldiyini açıqlayıb.

Azərbaycanın U-20 millisinin keçmiş üzvü Kamran Əliyev "Ximki"də çıxış edir. Komandanı "Simurq"un sabiq baş məşqçisi Sergey Yuran çalışdırır.

21 yaşlı hücumameyilli futbolçu mövsümü 10 qolla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right