Sabiq "Qarabağ"lı koronavirusa yoluxub

"Qarabağ" sabiq qapıçısı İbrahim Şehiç koronavirusa yoluxub. Newsport.az xəbər verir ki, bu baradə “A Spor” kanalı məlumat yayıb.

Bildirilir ki, “Erzurumspor”da koronavirus testi müsbət nəticə verən 11 nəfərdən biri də bosniyalı qapıçıdır. Ümumilikdə klubun 4 oyunçusu, 1 məşqçisi və 6 işçisində virus aşkarlanıb. 

Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun "Erzurumspor"la müqaviləsi bu ilin yayına qədərdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right