"Sumqayıt" azarkeşləri Azərbaycan Premyer Liqasının 19-cu turunda hazırda davam edən "Keşlə" ilə oyunda Suriya qoşunların aviazərbələri nəticəsində 33 əsgəri şəhid olan Türkiyəyə dəstək nümayiş etdiriblər.
Newsport.az-ın məlumatına görə, azarkeşlər matçın gedişatında bununla bağlı pankart açıblar. Onlar eyni zamanda "şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndiriblər.
