Bu gün “Qarabağ”ın bazasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Newsport.az klubun saytına yazır ki, “Qarabağ”ın vitse-prezident Tahir Gözəl komandayla görüşüb. Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Daha sonra vitse-prezident Azərbaycan və ingilis dillərində 28 il əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb, futbolçulara geniş məlumat verib.

