Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Foneks Rizinq” komandası “Vicit Tucson Sun Cup” turnirinin II turunda “Sportinq Kansas Siti” ilə qarşılaşıb.
Newsport.az xəbər verir ki, Arizona təmsilçisi görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Rüfət Dadaşov oyuna əsas heyətdə başlamayıb. O, matçın 73-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, Dadaşovlu “Foneks Rizinq” növbəti görüşünü fevralın 22-də “Nyu York Red Bulls” komandasına qarşı keçirəcək.