“Foneks Rizinq”də (ABŞ) çıxış edən millimizin üzvü Rüfət Dadaşov bu qış Vyetnamın “Nam Din” klubunda baxışda olduğu zaman bəyənilməyib.
Newsport.az "bongdanet.vn"ə istinadən xəbər verir ki, Rüfətlə yanaşı, daha 4 futbolçu baxışda olub ki, baş məşqçi Fabion onlardan yalnız braziliyalı Rafaelsonu bəyənib. Digər futbolçuların isə o, pis oynadığını hesab edib.
Qeyd edək ki, R.Dadaşov ötən ay “Foneks Rizinq”lə müqavilə imzalayıb.