"Qarabağ"ın hücumçusu Mahir Emreli Premyer Liqanın 15-ci turunda "Səbail"lə səfər görüşündə komandasına qələbə qazandıran qolun müəllifi oldu.
Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu komandanın kapitanı Rəşad Sadıqovla qol sevincini bölüşdüyü fotonu sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib:
"Beynimizdə nəsihətlərin, kürəyimizdə əlin olduqdan sonra bizə zaval yoxdur, böyük kapitan!"
Mahir bu mövsüm bütün turnirləri nəzərə almaqla 26 oyuna 8 qol vurub, 6 assist edib.
