“Kəpəz”in daha bir rəqibi müəyyənləşdi

"Kəpəz”in yoxlama oyunundakı daha bir rəqibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, budəfəki rəqib I divizion təmsilçisi olacaq.
"Sarı-göylər” təlim-məşq toplanışı müddətində ikinci yoldaşlıq matçında "Qaradağ Lökbatan”la üz-üzə gələcək. Qarşılaşma yanvarın 17-də saat 16:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, "Kəpəz” Bakı toplanışı çərçivəsində daha iki matça çıxacaq. Şahin Diniyevin yetirmələri yanvarın 23-də "Neftçi”, 26-da isə "Ağsu” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right