Santuş Azərbaycan millisindən qovuldu Rəsmi

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib:

“Bu gün AFFA-nın İcariyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi”.

Santuş ötən ilin yayında millimizin baş məşqçisi postuna təyin olunmuşdu.

Millini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandasının baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Azərbaycan – Ukrayna matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right