"Karvan-Yevlax" "Kəpəz"i məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 2-ci tur davam edir.

Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib. "Kəpəz" 1-ci liqadan elitaya yüksələn "Karvan"la üz-üzə gəlib. Görüş Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər qarşılaşmaları isə 24 və 25 avqust tarixlərində oynanılacaq.

23 avqust (şənbə)

19:00. “Kəpəz” – “Karvan” - 2:3 

Qollar: Coy Sleyd Mikels, 38 - pen (0:1); Tompson Qavi, 52 (0:2), Məqsəd İsayev, 77 (1:2), Coy Sleyd Mikels, 89 (1:3),  Vitor Feijao, 90+6 - pen. (2:3)

Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right