Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Newsport.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Görüş Monteneqro millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu Samir Şərifov vurub.
Qeyd edək ki, ilk yoxlama görüşündə Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz monteneqrolu həmyaşıdlarına 1:0 hesabı ilə qalib gəlib.
21 avqust
22:00. Monteneqro (U-17) - Azərbaycan (U-17) 2:1
Camp FSCG, Podqoritsa