Emil Səfərov “Neftçi”nin heyətində yubiley matçını keçirdi

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, Premyer Liqanın I turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.

O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right