"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi Rəsmi

"Sumqayıt" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın "Paysandu" klubundan Keffeli transfer edib. Bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Keffel 2024-cü ilin yayından "Paysandu"da çıxış edir. Braziliyalı futbolçu daha əvvəl Portuqaliyada "Trofense", "Torrense" və "Portimonense"nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right