"Araz-Naxçıvan" braziliyalı oyunçu transfer etdi

Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Newsport.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini yeni oyunçu ilə gücləndirib. Bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

"Araz-Naxçıvan" braziliyalı Aleksanderson Teixeira Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right