“Qarabağ”ın “Şkendiya” ilə oyunlarının hakimləri bilindi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Şimali Makedoniya klubu “Şkendiya” ilə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Newsport.az xəbər verir ki, UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib.

Çempionlar Liqası
III təsnifat mərhələsi
5 avqust, ilk oyun

22:00. “Şkendiya” – “Qarabağ”
Hakimlər: İvan Kruzliak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç
VAR hakimləri: Mixal Oçenaş, Boris Marhefka (hamısı Slovakiya)
Skopye, “Todor Proeski” stadionu

12 avqust, cavab oyunu
20:00. “Qarabağ” – “Şkendiya”
Hakimlər: Danni Makkelie, Hessel Steeqstra, Yan de Vries, Mark Naqteqaal
VAR hakimləri: Dennis Hiqler, Riçard Martens (hamısı Niderland)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right