Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum oldu

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da keçiriləcək.

Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right