“Sumqayıt”dan ayrılan Alan Dias özünə yeni iş yeri tapıb.
Müdafiəçi “Ordabasi”yə keçib. Bu barədə Qazaxıstan klubunun mətbuat xidməti məlumat yayıb.
Dias ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.
Alan 2024-cü ilin avqustundan 2025-ci ilin iyununa kimi “Sumqayıt”ın formasını geyinib. O, Premyer Liqada 16 oyunda meydana çıxıb.