“Şelbrun” - “Qarabağ” cütünün məğlubu Avroliqada kiminlə qarşılaşacaq?

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Newsport.az xəbər verir ki, püşkatma mərasimində Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq. 

Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq. Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir:

"HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan)

RFS (Latviya) - "Malmö" (İsveç)

"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right