"Neftçi"nin Polşadakı ilk məşqi

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb. Bu gün səhər saatlarında Polşaya yola düşən komandamızın üzvləri Keltse şəhərində axşam məşqinə çıxıblar.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.

Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right