PSJ 50 milyon avroya hücumçu alır

PSJ heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, bu barədə "La Parisien" məlumat yayıb. Paytaxt təmsilçisi "Sassuolo"dan Canluka Skamakka ilə razılığa gəlib. Paris klubu 23 yaşlı hücumçu üçün 50 milyon avro ödəyəcək. Tərəflərin gələn həftə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Skamakka ötən mövsüm A Seriyasında 36 matçda 16 qol vuraraq "Sassuolo"nun bombardiri olub. O, İtaliya millisinin də üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right