İtaliya millisinin forvardı "Qalatasaray"a keçir

"Qalatasaray" növbəti transferə hazırlaşır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kalyari"nin hücumçusu Joao Pedronu razı sala bilib. 

"Qalatasaray"ın 30 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.

2014-cü ildən "Kalyari"də oynayan Pedro 270 matça 86 qol vurub, 28 assist edib. 

​Bu il İtaliya millisində də debüt etmiş braziliyalı forvard “Atletiko Minyero”, “Palermo”, “Vitoriya Gimarayeş”, “Penyarol”, “Santos”, “Eştoril” klublarında çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right