"Fənərbaxça" yeni transferi açıqladı

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "sarı-lacivərtlilər" "Fatih Karagümrük"dən Emre Moru transfer edib. Bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb.

"Fənərbaxça" 25 yaşlı vingerlə 3 illik müqavilə imzalayıb.

Emre Mor son mövsümdə "Fatih Karagümrük"ün heyətində meydana çıxdığı 29 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right