İtaliya klubu tanınmış hücumçu ilə anlaşmağa yaxındı

"Atletiko"dan ayrılan Luis Suaresin yeni mövsümə hansı klubda başlayacağı hələ ki, dəqiqləşməyib.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, uruqvaylı forvardın öncə ABŞ-a yollanacağı deyilsə də, indi onun "Fiorentina"ya keçmək ehtimalı daha yüksək qiymətləndirilir.

İtaliya mətbuatı hətta Florensiya klubunun Suareslə ilkin razılıq əldə etdiyini də iddia edir. Uruqvay millisinin heyətində Qətərdə keçiriləcək DÇ-2022-də oynamaq istəyən forvard buna görə də A seriyasında oynamağa üstünlük verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right