“Milan”dan inamlı qələbə

Futbol üzrə İtaliya çempionatında 36-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, şənbə günü üç görüş baş tutub.

“Sassuolo” – “Udineze” matçında qalib müəyyənləşməyib. Səfərdə “Torino” ilə qarşılaşan “Napoli” 3 xalı tək qolla qazanıb. “Latsio” isə doğma meydanda “Sampdoriya” üzərində inamlı qələbəyə sevinib.

Bazar günü də dörd qarşılaşma baş tutub. “Salernitana” – “Kalyari” matçında qalib müəyyənləşməyib. Yeddi qolun qeydə alındığı “Venesiya” – “Bolonya” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Spetsiya” ilə qarşılaşan “Atalanta” da turu qələbə ilə başa vurub.

Lider “Milan” bu turda “Verona” ilə qarşılaşıb. Milanlılar səfər matçından inamlı qələbə ilə ayrılıblar.

Turun maraqlı oyunlarından biri də “Fiorentina” ilə “Roma” arasında keçiriləcək.

İtaliya A Seriyası, 36-cı tur

6 may

İnter – Empoli 4:2
Qol: Romanyoli, 40-öz qapısına. L.Martines, 45; 64. A.Sançes, 90+4 – Pinamonti, 5. Asllani, 28.

Cenoa – Yuventus 2:1
Qol: Qudmundsson, 87. Krişito, 90+5-pen – Dibala, 48.

7 may

Torino – Napoli 0:1
Qol: F.Ruis, 73.

Sassuolo – Udineze 1:1
Qol: Skamakko, 6 – Naytink, 77.

Latsio – Sampdoriya 2:0
Qol: Patrik, 41. L.Alberto, 59.

8 may

Spetsiya – Atalanta 1:3
Qol: Verde, 30 – Muriel, 16. Djimsiti, 73. Paşaliç, 87.

Venesiya – Bolonya 4:3
Qol: Henri, 4. Kiyine, 19. Aramu, 78. Yonsen, 90+2 – Orsolini, 45+1. Arnautoviç, 55. Şouten, 68.

Salernitana – Kalyari 1:1
Qol: Verdi, 68-pen – Altare, 90+9.

Verona – Milan 1:3
Qol: Faraoni, 38 – Tonali, 45+3; 50. Florensi, 86.

9 may

22:45. Fiorentina – Roma





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right