“Beşiktaş”ın müdafiəçisinə A seriyasından təklif

“Beşiktaş”ın futbolçusu Ridvan Yilmaz İtaliya A seriyasından təklif alıb.

Newsport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi “Torino”nun hədəfindədir.

Turin klubu 20 yaşlı istedad üçün 4,5 milyon avro və bonuslar kimi 1 milyon təklif edib. Üstəlik oyunçunun gələcək transferindən də 20 faiz İstanbul klubuna çatmalı idi.

Lakin “Beşiktaş” bu şərtlərlə razılaşmayıb. Klub rəhbərliyi yenilənmiş şərtləri nəzərdən keçirə biləcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right