Bonucci məşqçi olmaq istəyir

"Yuventus"un və İtaliya yığmasının müdafiəçisi Leonardo Bonucci peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamaq niyyətindədir.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, bunu 34 yaşlı müdafiəçinin həyat yoldaşı Martin Makçiari deyib. O bildirib: 

“Leonardonun futbolda qalacağına şübhəm yoxdur. Bu, onun həyatıdır. O, futbol sahəsini sevir və məşqçi olmaq istəyir".

Qeyd edək ki, Bonucci 2018-ci ildən Turin təmsilçisində oynayır. O, 2010-17-ci illərdə də "Yuventus"da çıxış edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi hesablanıb. O, 2010-cu ildən İtaliya millisinin üzvüdür. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right