"Barselona" "Milan"ın futbolçusu ilə 4 illik müqavilə imzalayacaq

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Frank Kessi ilə razılıq əldə edib. Fabritsiyo Romanonun məlumatına görə, La Liqa klubu mövsümün sonunda 26 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Frank Kessi "Milan"a 2019-cu ilin yayında "Atalanta"dan keçib. Fil Dişi Sahili millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 30 iyun tarixində başa çatacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right