Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Sassuolo” dogma meydanda “Spetsiya”nı qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Günün digər matçı “Cenoa” ilə “Torino” arasında baş tutub. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Turun mərkəzi oyunu Romada olacaq. Burada paytaxtın iki təmsilçisi – “Roma” və “Latsio” üz-üzə gələcək. İlk dövrədə keçirilən oyunda “qartallar” 3:2 hesablı qələbə qazanmışdı. Hazırda turnir cədvəlində qonşu olan komandaları bir-birindən 1 xal ayırır. “Latsio” 49 xalla 5-ci, “Roma” isə 48 xalla 6-cı pillədə qərarlaşıb.
Liderlər qrupuna gəlincə, “Milan” “Kalyari” səfərindən 3 xalla dönüb. “Napoli” isə bu turda “Udineze”ni sınağa çəkib və qalib gəlib. Ötən tur xal itirən “İnter”i bu dəfə “Fiorentina” ilə heç də asan olmayan mübarizə gözləyirdi. Bu qarşılaşma isə heç-heçə yekunlaşıb.