Almaniya Bundesliqasında 26-cı turun oyunları start götürüb.
Newsport.az-ın məlumatına görə, iki günü əhatə edəcək turun ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Frayburq” “Volfsburq”u, Mönxenqladbax “Borussiya”sı isə “Herta”nı məğlub yola salıb. “Yunion” – “Ştutqart” matçında qalib müəyyənləşməyib.
Lider “Bayern” isə ardıcıl 4 oyundur meydanı qələbə ilə tərk edən “Hoffenhaym”ın qonağı olub. Bu oyunda da tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk edib.
Dortmund “Borussiya”sı Bundesliqada qalmaq uğrunda mücadilə aparan “Arminiya”nı sınağa çəkəcək.
“Bayer” isə “Köln”lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların ilk dövrədəki qarşılaşmasında (2:2) qalib müəyyənləşməmişdi.
“Auqsburq” – “Maynts” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.