Neymar Donnarummanın votsap mesajını paylaşdı

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab oyunundan (1:3) sonra komanda yoldaşlı Canluici Donnarumma ilə dalaşması haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, bununla bağlı İnstaqram səhifəsində paylaşım edən braziliyalı hücumçu deyilənlərin doğru olmadığını qeyd edib.

O, əvvəlcə italiyalı qapıçı ilə votsap yazışmasını paylaşıb. Donnarumma dava xəbərini Neymara göndərərək, "Hey Ney, dünənkinə görə üzr istəyirəm, bu xəbər qəbuledilməzdir" yazıb. Neymar isə ona belə cavab verib: “Dostum! Futbolda belə şeylər ola bilər”.
 
Neymar daha sonra bu xəbəri yayan jurnalistləri tənqid edib: “Mən xəbərlər haqqında danışmağa nifrət edirəm... Amma deyim ki, yazılanlar yalandır. Soyunma otağında dava olmadı! Bacarıqsız jurnalistlər özlərini təbliğ etməyə çalışırlar. Bəlkə növbəti dəfə, yaxşı?”

Xatırladaq ki, yayılan xəbərərdə Neymarın “Real”la görüşdə buraxılan ilk qol epizodundakı səhvə görə qapıçını qınadığı, Donnarummanın isə “Real”ın ikinci qolu zamanı Neymarı uğursuz oyununa görə tənqid etdiyi bildirilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right