Vüsalın komandası qələbə qazandı

Türkiyə I Liqasında 25-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" doğma meydanda "Tuzlaspor"u qəbul edib. Matç Ankara təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Vüsal İsgəndərli bu qarşılaşmanın iştirakçısı olmayıb. 26 yaşlı vingerin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 34-ə yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right