Hamza Hamzaoğlu aşağı liqa klubunda

"Qalatasaray"ın sabiq baş məşqçisi Hamza Hamzaoğlunun yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Türkiyə 1-ci liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi təyin edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hamzaoğlu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, son iş yeri "Rizəspor" olan Hamza Hamzaoğlu 2014-2015-ci illərdə "Qalatasaray"ı çalışdırıb və bu komanda ilə Türkiyə çempionluğu, Türkiyə Kuboku və Supekubokunu qazanıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right