Azərbaycanlı futbolçu Avstriya klubunda

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avstriyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ATSV Stadl-Paura" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Region Liqası təmsilçisi Quluzadə ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Amit Quluzadə daha əvvəl “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right