"Dinamo" müharibə təhlükəsinə görə Türkiyədə qaldı

Rusiya ilə Ukrayna arasında yaranan gərginlik ərəfəsində Türkiyədə təlim məşq-toplanışında olan Kiyev “Dinamo”su fərqli addım atıb.

 

Newsport.az xəbər verir ki, komanda Antalyadan ayrılmamağa qərar verib. Baş məşqçi Mirça Luçesku bir neçə günlük ölkəsi Rumıniyaya gedib və tezliklə o da Türkiyəyə qayıdacaq.

 

“Dinamo” ikinci qərar verilənə qədər Antalyada toplanışını davam etdirəcək.

 

Ukraynada mövsümün ikinci hissəsinin fevralın 25-də başlaması planlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right