Dibala seçim qarşısında: “Yuventus”, yoxsa “İnter”?

İtaliyanın “İnter” klubu “Yuventus”un hücumçusu Paulo Dibala ilə maraqlanır.

Newsport.az-ın məlumatına görə, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “neradzurra”nın argentinalı hücumçuya yaxşı şərtlərlə təklif göndərəcəyi bildirilib.

“İnter” Dibalaya illik 7,5 milyon avro qazanacağı 5 illik sözləşmə təklif edəcək. 28 yaşlı oyunçu klubunu dəyişməyə müsbət yanaşır.

Dibala bu mövsüm “Yuventus”la 21 oyunda 10 qol vurub. Argentinalı futbolçunun klubla sözləşməsi 2022-ci ilin yayına qədərdir.

“Qoca sinyora” Dibalaya yeni müqavilə təklif etsə də, tərəflər maliyyə şərtlərində razılığa gələ bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right