Türkiyə Superkubokunun qalibi bəlli oldu

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, həlledici matçda Superliqanın və Türkiyə kubokunun son qalibi “Beşiktaş” “Antalyaspor”la qarşılaşıb.

Qətərin paytaxtı Dohada keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmayıb. Penaltilər seriyasında daha dəqiq olan “Beşiktaş” Superkubokun qalibi olub.

“Beşiktaş” tarixində 9-cu dəfə Superkubokda qələbəyə sevinib. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbaxça” və “Trabzonspor”a çatıblar. Türkiyə Superkubokunu ən çox qazanan isə “Qalatasaray”dır – 16 dəfə.

5 yanvar

Türkiyə Superkuboku

"Beşiktaş" – "Antalyaspor" - 1:1 (penaltilər 4:2)
Qollar:
 A.Hatçinson, 33 – A.Hatçinson, 74-öz qapısına.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right