Milli üzvlərinə yeni qadağa

Çin milli komandasının üzvlərinə tatu etdirmək qadağan edilib.

Newsport.az-ın məlumatına görə, bu barədə ölkənin idman nazirliyi məlumat yayıb.

Rəsmilər bunu xüsusilə milli üzvü olan idmançıların ictimaiyyətə və gənc nəsilə yaxşı bir örnək olması ilə izah ediblər. İndiyə qədər bədənində hansısa tatusu olan futbolçuların da onları sildirməsi tələb olunub. Əks halda onlar Çin Futbol Federasiyası tərəfindən ciddi cəzalanacaqlar.

Bəzi xüsusi durumlarda isə idmançıların məşqlər və oyunlar zamanı həmin döymələrinin üstünü örtməsinə icazə veriləcəyi diqqətə çatdırılıb.

​Xatırladaq ki, Çin hökuməti 2018-ci ilin ortalarından bəri internetdə və televiziya məkanında ünlü insanların döymələrini nümayiş etdirməsinə qadağa qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right