"Fənərbağça" "Beşiktaş" üzərində qələbəni əldən verib

Futbol üzrə Türkiyə Super Liqasında XVII turun son görüşü "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçirilib.

Newsport.az məlumatına görə, turun mərkəzi qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk qolu 14-cü dəqiqədə penalti ilə meydan sahiblərindən Mesut Özil vurub. 25-ci dəqiqədə Jozef de Souza Dias hesabı bərabərləşdirib.

30-cu dəqiqədə Mergim Berişa yenidən yerli komandanı önə çıxarıb. Lakin Lakin 59-cu dəqiqədə Jozef özünün və komandasının ikinci qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra "Fənərbağça" 28 xalla 5-ci, "Beşiktaş" 25 xalla 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right